Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Əmək pensiyası dövlət büdcəsindən ödənilən şəxslərin siyahısı genişləndirilir

Əmək pensiyası dövlət büdcəsindən ödənilən şəxslərin siyahısı genişləndirilir

Tarix: 11-04-2025, 13:53

 Milli Məclis Azərbaycanda əmək pensiyası dövlət büdcəsindən ödənilən şəxslərin siyahısının genişləndirilməsini ilk oxunuşda qəbul edib.

Bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləğ, bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği, həmçinin orqanizmin funksiyalarının 81-100 % pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi büdcə olacaq.

Dəyişikliklərin bu il yanvarın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Qanuna digər bir dəyişikliklə isə Azərbaycanda mülki aviasiyada uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin sığorta stajlarının hesablanması qaydasının müəyyənləşdirilməsinin Nazirlər Kabinetinə (NK) həvalə edilməsi təklif olunub.

Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən, həmin sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar NK-nın müxtəlif qərarları ilə müəyyən edilir.

Bildirilib ki, dəyişikliklər pensiya təminatı sistemində dövlət öhdəliklərinin müəyyən olunması ilə xüsusi sosial müdafiə və güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial rifahının gücləndirilməsinə, eləcə də qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR