Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

SON DƏQİQƏ!!!Məşhur telekanalımızda bütün işçilər qovuldu

SON DƏQİQƏ!!!Məşhur telekanalımızda bütün işçilər qovuldu

Tarix: 11-05-2020, 11:10

Lider TV bütün əməkdaşlarını işdən kənarlaşdırıb. AzSABAH.COM xəbər verir ki, bu barədə telekanal əməkdaşları redaksiyaya məlumat veriblər. Onların bildirdiyinə görə, kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıb. Telekanal əməkdaşları da bu tapşırığa sözsüz əməl etmək zorunda qalıblar. İşçilərdən ancaq texniki heyətin kiçik bir qismi saxlanılıb. Bütün layihələr dayandırılıb, efir isə köhnə veriliş və filmlərlə doldurulacaq. İşdən çıxarılan şəxslər artıq digər telekanallara, media qurumlarına iş üçün müraciət ediblər. Çünki onlara yenidən kanala qaytarılmayacaqları bildirilib. Telekanal əməkdaşlarının sözlərinə görə, bu qəfil qərarın verilməsinə səbəb Lider TV-dəki maliyyə problemləridir. Rəhbərlik telekanalın büdcəsini düzgün idarə edə bilmədiyi üçün çıxış yolu olaraq işçiləri işdən kənarlaşdırmağı uyğun bilib. Prosesin nə ilə yekunlaşacağı, telekanal rəhbərliyinin əl dəyişdirib-dəyişdirməyəcəyi isə suallar sırasındadır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR