Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ - RƏSMİ

Bərbər və gözəllik salonlarına gedənlərə XƏBƏRDARLIQ - RƏSMİ

Tarix: 12-05-2020, 18:25


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bərbər və gözəllik salonuna gedənlərə koronavirusdan qorunmaq üçün bəzi tövsiyələr verib.

Tövsiyələrdə bu iaşə obyektlərinə getmədən öncə qəbul saatı almağın vacibliyi qeyd olunub.

“Gedərkən mütləq maska taxılmalı, məkanda olan müddətdə ehtiyac olmadıqca maska çıxarılmamalı, maskanın doğru istifadə qaydalarına riayət edilməlidir. Məkana çatan kimi su və sabunla əllər yuyulmalı və ya spirt əsaslı məhluldan istifadə olunmalıdır.

Digər müştərilərlə insanlar arasında ən azı 3-4 addım məsafə saxlanılmalıdır. Səthlərə və ortaq istifadə ilə qoyulan qəzet, jurnal və s. əşyalara toxunulmamalı, toxunulsa da, əllər su və sabunla yuyulmalı və ya spirt əsaslı məhluldan istifadə edilməlidir.

Yemək-içmək üçün heç nə istənilməməlidir. Dəsmalların və ya istifadə olunan alətlərin birdəfəlik istifadə olunduğuna diqqət edilməlidir. Əşyalar daha öncə istifadə edilibsə, personala xəbərdarlıq edilməlidir.

Sizə hansı insanların xidmət etdiyini qeyd edin. Bununla sizin və ya xidmət personalının COVID-19 testinin pozitiv çıxacağı halda, təmaslarının aşkarlanması daha asan olacaq. Mümkün olduğu qədər kredit kartı və ya bank kartı ilə təmassız ödəniş edin”, - TƏBİB-in xəbərdarlığında bildirilir.













RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR