Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

May ayı üzrə 190 manatı alacaq şəxslərin nəzərinə! - VİDEO

May ayı üzrə 190 manatı alacaq şəxslərin nəzərinə! - VİDEO

Tarix: 13-05-2020, 11:24

Karantin rejimi ilə əlaqədar 600 min şəxsə aprel ayı üzrə 190 manatlıq yardım verildi. Bu gündən isə birdəfəlik ödəmənin ikinci ay üçün ödənişlərinin verilməsinə başlanılıb. Proses bu dəfə necə təşkil olunacaq? Vətəndaşlar ödənişi necə alacaq?

Mediabiz.az xəbər verir ki, vətəndaşlar aprel ayı üzrə 190 manatlıq birdəfəlik ödəməni poçt mərkəzlərindən və iki bankın filiallarından nağd qaydada aldılar. Lakin ölkə başçısının tapşırığı ilə ikinci ay üçün ödəniş bank kartları vasitəsilə həyata keçiriləcək.Bunun üçün bütün banklar bu prosesə səfərbər olunublar. Vətəndaşlara ilk olaraq bank hesabları açılır, kartlar hazırlanır və daha sonra həmin şəxslərə sms göndərilir ki, vətəndaş öz kartını hansı bankın hansı filialından əldə edə bilər. Bununla paralel olaraq bu gündən vətəndaşlara may ayının ödənişlərinin verilməsinə başlanılır.
Bank kartlarını hələ də almayan vətəndaşlara isə bir müddət gözləmək tövsiyə olunur. Onlara bu barədə məlumat veriləcək.
Hələ də bank kartlarını almayan vətəndaşlar var, onlara söyləyək ki, banklar tərəfindən onların hesabları açıldıqdan və kartları hazır olduqdan sonra bildiriş göndəriləcək, daha sonra vətəndaş öz kartını gedib əldə edəcək və növbəti günlərdə isə həmin şəxslərin vəsaitləri əldə etdikləri bank kartlarına köçürüləcək.

Qeyd edək ki, ödənişlərin may ayının sonuna qədər bütün kartlara köçürülməsi planlaşdırılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR