Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Gözəllik salonlarında olarkən üç saatlıq icazə müddəti bitən şəxslərə güzəşt olacaqmı?

Gözəllik salonlarında olarkən üç saatlıq icazə müddəti bitən şəxslərə güzəşt olacaqmı?

Tarix: 13-05-2020, 18:25

Gözəllik salonlarına, bərbərxanalara icazə alaraq gedən və evə gecikən şəxslərə güzəşt olunmayacaq”.
Oxu.Az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib:
“Bərbərxanlara, gözəllik salonlarına getmək üçün icazə alaraq yaşayış yerlərini tərk edən şəxslərə gecikdikləri üçün heç bir güzəşt tətbiq edilmir. Vətəndaşlara gün ərzində küçəyə çıxmaq üçün üç saat icazə verilir. Onlar bunu mütləq şəkildə nəzərə almalı və işlərini ona uyğun şəkildə tənzimləməlidir. Gözəllik salonuna, bərbərxanalara gedən şəxslər əvvəlcədən növbə tutmalıdır. Əgər onlar orada bir neçə iş görmək istəyirsə, həmin işləri günlərə bölüb, növbəli şəkildə etməlidir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR