Son Xəbər: "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq, Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib, Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir", Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib, Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib, Sentyabrın pensiya ödənişləri yekunlaşıb, FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib, Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur,

Sosial Dəstək Mərkəzinin zərəri 22 % azalıb

Sosial Dəstək Mərkəzinin zərəri 22 % azalıb

Tarix: 30-06-2025, 09:38

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Dəstək Mərkəzi 2024-cü ili 122 min manat zərərlə başa vurub.

Bu, 2023-cü illə müqayisədə 21,9 % azdır.

Bununla belə, qurumun yığılmış zərəri 22,6 % artaraq 661 min manata çatıb.

Ötən il Sosial Dəstək Mərkəzinin əməliyyat gəlirləri 874 min manat (əvvəlki ilə nisbətən 0,7 % çox), işçi heyəti ilə bağlı xərcləri 581 min manat (13,9 % çox), sosial xidmət və maddi yardım xərcləri 142 min manat (42,3 % az), köhnəlmə və amortizasiya xərcləri 197 min manat (3 % az), inzibati və digər əməliyyat xərcləri isə 76 min manat (16,9 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə Sosial Dəstək Mərkəzinin aktivləri, həm də balans kapitalı 2,895 milyon manat olub ki, bu da illik müqayisədə 1,4 % azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri olmayıb.

Xatırladaq ki, Sosial Dəstək Mərkəzi 2021-ci ilin avqust ayında ƏƏSMN-nin tabeliyindəki "Həyat Ticarət Mərkəzi" və "Əlillərin Məişət Xidməti Cərgəsi"nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 3,27 milyon manatdır. Mərkəz əlilliyi olan şəxslərin, işsiz və işaxtaranların, habelə sosial müdafiəyə ehtiyacı olan digər şəxslərin məşğulluğu, sosial müdafiəsi, təminatı, sosial adaptasiyası ilə bağlı tədbirlər, həmçinin bu istiqamətdə müxtəlif sosial dəstək layihələrini həyata keçirən publik hüquqi şəxsdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR