Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Azərbaycanda toy və yas mərasimlərinə nə vaxt icazə veriləcək? - Operativ Qərargahdan AÇIQLAMA

Azərbaycanda toy və yas mərasimlərinə nə vaxt icazə veriləcək? - Operativ Qərargahdan AÇIQLAMA

Tarix: 14-05-2020, 11:31

Son iki gündə karantin rejiminə görə qurulan postların və küçədə polislərin, Daxili Qoşunların əsgərlərinin sayı azaldılıb. Sosial şəbəkədə mayın 31-də karantin rejimin bitəcəyini, toylar və yaslara icazə veriləcəyi ilə bağlı iddialar yayılıb.

Bununla bağlı məlumat verən deputat Fazil Mustafa bildirib ki, məsələ ilə bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir:

"Operativ Qərargah ölkəmizdə real vəziyyəti, yoluxanların sayı və dünyadakı mövcud vəziyyəti analiz etdikdən sonra yumşalma ilə bağlı qərarlar verir. Bizim söylədiklərimiz sadəcə ehtimal ola bilər. Düşünürəm ki, yoluxmaların sayı azalma dinamikası ilə davam etsə, mayın 31-də növbəti yumşalma ola bilər. Bilirsiniz ki, dünən yoluxanların sayı son bir neçə gündəkindən az olub. Əgər yoluxanların sayı azalma dinamikası ilə davam etsə, növbəti yumşalma ola bilər. Amma karantin rejimin bitməsini, toylar və yasların keçirilməsinə icazə veriləcəyi real görünmür. Çünki bizdə toylar və yas mərasimləri koronavirusun yayılma mənbəyi ola bilərdi. Əlbəttə tezliklə normal vəziyyətimizə qayıtmağımız insanlarımızın məsuliyyətli olmasından və Operativ Qərargahın qoyduğu qaydalara əməl etməklərindən asılıdır".
Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov məsələ ilə bağlı bildirib ki, bu barədə hələlik bir söz demək mümkün deyil:
"Çünki bu barədə konkret qərar yoxdur. Hər şey yoluxanların sayının artma-azalma dinamikasından asılıdır".(Sonxeber.az)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR