Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Star Kosmetoloji mərkəzlə bağlı yazılanların heç bir əsası yoxdur

Star Kosmetoloji mərkəzlə bağlı yazılanların heç bir əsası yoxdur

Tarix: 19-08-2025, 09:45

 Star Kosmetoloji mərkəz saytlarda gedən xoşagəlməz yazılarla bağlı açıqlama verib. Həmin açıqlamanı olduğu kimi təqdim edirik.
Mərkəzimizin fəaliyyəti ilə bağlı bəzi media orqanlarında və sosial şəbəkələrdə yayılan, guya qeyri-rəsmi yollarla ölkəyə kosmetoloji məhsullar, o cümlədən saxta botoks vasitələrinin gətirilməsi və satışı ilə məşğul olduğumuz barədə iddialar tamamilə əsassızdır və həqiqəti əks etdirmir.

Qeyd edirik ki, mərkəzimiz yalnız qanunvericiliyə uyğun şəkildə, rəsmi qeydiyyatdan keçmiş və Səhiyyə Nazirliyi tərəfindən idxalına icazə verilmiş tibbi vasitələrdən istifadə edir. Hər zaman pasiyentlərin sağlamlığı və təhlükəsizliyi əsas prioritetimiz olmuşdur və olacaqdır.

Barəmizdə yayılan bu cür dezinformasiyalar və qarayaxma kampaniyaları mərkəzimizin nüfuzuna xələl gətirmək məqsədi daşıyır. İctimaiyyətə çatdırırıq ki, bu iddialar əsassızdır və hüquqi maraqlarımızı qorumaq üçün zəruri addımlar atmaq hüququmuzu saxlayırıq.

Xalqxeber.Az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR