Son Xəbər: Bazar gününün havası açıqlanıb, Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb, İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib, DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb, BİZİM TƏQVİM:6 iyunda baş vermiş tarixi hadisələr, Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb, Rusiyada çayda qayıq aşıb, ölən və yaralananlar var, Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH, Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib, Bakıda TDT mərkəzi banklarının Şurasının toplantısı olub, tədbirə ev sahibliyi Türkiyəyə ötürülüb,

20 Yanvar şəhidlərinin qəhrəmanlıq salnaməsi

20 Yanvar şəhidlərinin qəhrəmanlıq salnaməsi

Tarix: 20-01-2025, 14:17


1990-ci yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı  ən qəddar cinayət törədildi və şox təəssüf ki,bu cinayəti keşmiş  sovetlər ölkəsinin  rəhbəri Mixail Qarbaçovun başçılığı ilə həyata keçirildi.Heç bir günahı olmayan xalqdan öz azadlığını tələb etdiyi üçün amansızcasına intiqam alındı.Ağır faciə ilə üz-üzə qalan Azərbaycan xalqı böyük itki verdi.Bu faciədə ölən ,yaralanan,qanunsuz olaraq həbs edilən və itkin düşənlər oldu.

 Bu faciə xalqımızın yaddaşında hüzn və kədər,qürur və qəhrəmanlıq səhifəsi kimi qaldı.Həmin gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazıldı.Bu faciə həm də xalqımızın qəhrəmanlıq dastanına çevrildi.

 Faciənin səhəri Ümummilli Lidir Heydər Əliyev Azərbaycanın Moskvadakı DaimiNümayəndəliyinə gedərək Bakıda törədilən cinayətə-kütləvi qırğına səbəb olmuş, bu qırğında birbaşa əli olmuş SSRİ hakimiyyətini və  Azərbaycanın  o vaxtkı səriştəsiz və yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanatla çıxış etdi.

 Xalqımıza qarşı törədilən bu cinayət dünyanın mütərəqqi dövlətləri tərəfindən pislənildi.

 Ölkəmizdə bu hadisə vaxtında öz hüquqi qiymətini almadı.Yalnız Heydər Əliyevin təşəbüsü və səyi nəticəsində faciəyə bir neçə il sonra dövlət  səviyyəsində siyası-hüquqi qiymət verildi.Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu,qanlı aksiya Azərbaycanda milli azadlıq hərakatını boğmaq,xalqın inamını,iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

 20 Yanvar şəhidləri misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə yeni parlaq səhifə yazdılar.
  Artıq bu hadisədən 35 il ötür.Buna baxmayaraq şəhidlər hər bir Azərbaycan övladının qəlbində əbədi yaşayır və yaşayacaq.Onlar Azərbaycanın suverenliyi uğrunda canlarından keçdilər.Bu gün onları ruhu şaddır.Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və Azərbaycan ordusunun  rəşadəti,cəbhədə göstərdiyi misligörünməmiş hünəri sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunması ilə həm də 20Yanvar şəhidlərini  narahat ruhu dinclik,yaxınları isə təskinlik tapdı.

 Hər il 20  Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.Şəhidlər xiyabanında əbədi yuxuya gedən  şəhidlərimizin məzarı Azərbaycan xalqı tərəfindən ziyarət edilir.

Quluzadə Təhsiman Əbil oğlu – Masallı rayon Göyəçöl kənd sakini




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR