Son Xəbər: Ramil Həsən mandatının ləğvi üçün MSK-ya müraciət edib - RƏSMİ, Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilir, Rusiyanın Kiyevə gecə saatlarında endirdiyi zərbələr nəticəsində 12 nəfər yaralanıb, İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədəki "Millət" sarayına gəlib, Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq, İsrail yenidən Qəzza zolağına zərbə endirib, Nobelə Trampın namizədliyi irəli sürüldü, Hava yenidən dəyişəcək - Güclü küləklə bağlı xəbərdarlıq edildi, Bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib - Putin, Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb,

Xankəndi şəhərində şəhidlər anıldı, şəhid ailələri ilə görüş keçirildi.

Xankəndi  şəhərində  şəhidlər anıldı, şəhid ailələri ilə görüş keçirildi.

Tarix: 7-08-2025, 19:40

 Azərbaycan  Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025- cü ildə elan etdiyi Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı  Qadınlarına Sosial Yardım İctimai Birliyidir.  Agentliyin maliyyələşdirdiyi “Şəhid anaları ilə iş” adlı layihənin icrası  məqsədi ilə  07 avqust  2025-ci il tarixində  saat 12-00 Xankəndi şəhərində tədbir keçirildi.
Tədbirdə Xankəndi şəhərində yeni məskunlaşmış şəhid ailələri ilə görüş keçirildi.  Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən övladlarının  bizə əmanət qalmış ailələri ilə görüş zamanı şəhidlərin ehsanına çay və şirniyyat süfrəsi açıldı. Şəhid ailələrinə layihəmiz adından hədiyyələr verilərək onlara layihəmiz və Agentlik haqda məlumat verildi. Tədbir zamanı şəhid ailələri özlərinin və Xankəndində olan digər problemlərlə bağlı  söhbətlər aparıldı. Onlar bizimlə söhbət zamanı öz problemləri ilə bağlı danışdılar. QHT rəhbərlərinin  və məmurların onlarla görüşə gəlməməsindən narazılıq bildirdilər. Görüşdən sonra qazi Rzayev Mehman bizi Kərkicahan kəndinə apardı və həmin kəndə ermənilərin Azərbaycan qadınlarının  başını kəsərək qətlə yetirdiklərini bizə söylədilər. Həmin qdınların rəsmləri də Kərkicahanda bulağın üstündə asılıb.
Xankəndində yaşayan şəhid ailələri üçün sanki bir sürpriz görüş oldu.   Abbasova Qizbəs ananın iki oğlu vətən uğrunda şəhid bir oğlu isə qazidir.  Şəhid Abbasov Elxan Kamran oglu.  Şəhid Abbasov Eyvaz Kamran  oglu.
Şahmradova Təranə Əmirxan qızı iki qardaşı və həyat yoladı vətən uğrunda şəhid olublar.
 Şahmradov Şahmradov  Natiq Əmirxan oğlu,
Şahmuradov Namiq Əmirxan oglu.  
Həyat yoldaşı isə Zeynalov Tahir Bahadur oğlu. Bu qədər ağır dərdli qadınlarımızın unudulması, onların şəhidlərinin yad edilməməsi mümkün deyil.
Qazi Rzayev Mehman Köçəri oglunun  ŞƏHİD  qardaşı Rzayev Tapdıq Köçəri oglu
Kamran qadaşımızın oğlu Xəqanı isə 2020-ci ildə qəhramancasına şəhid olub..
Allah rəhmət eyləsin ruhu şad olsun bütün şəhidlərimizə.
Layihəmizin icrasının həyata keçrilməsi məqsədi ilə çoxsaylı şəhidlərimizin doğum və anım günlərinin keçirilməsi, şəhid anaları ilə görüşlər, qazilərimizin, müharibə veteranlarımızın şəhid övladlarının kədərlərinin azaldılması, könüllərinin sevindirilməsi məqsədi ilə tədbirlər keçirilməsi, keçirilən hər bir tədbirin  foto video materiallarının  hazırlanaraq sosial şəbəkələrdə yayılması.  Şəhidlər haqda geniş təbliğat , tanıtım işlərinin aparılması bu layihəmizdə də davam etdirilir. Foto video çəkilişlər aparılaraq sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilməsi qərara alınıb. Eyni ilə bu tədbirimizdə də  foto, video çəkilişləri aparıldı sosial şəbəkələrdə yayıdı.
Layihənin icrasında yaxından iştirak edən birliyin Səbail rayon şöbəsinin sədri Şəhla xanım Hüseynova və birliyin üzvü Elnarə xanım Abbasovada təşkilat tərəfindən tədbirdə  bütün tədbirlərdə olduğu kimi Xocalı keçirilən tədbirmizdə də iştirak etdilər, köməkliklərini əsirgəmədilər.
Layihənin növbəti  və son tədbirləri işğaldan azad edilmiş  Füzuli və Xocavənd ərazilərində keçiriləcək.

Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas

Xankəndi  şəhərində  şəhidlər anıldı, şəhid ailələri ilə görüş keçirildi.







RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR