Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Ramazan bayramının namazının necə qılınması ilə bağlı RƏSMİ AÇIQLAMA

Ramazan bayramının namazının necə qılınması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tarix: 16-05-2020, 13:24

"Koronavirus pandemiyası ilə əlaqədar Ramazan bayramı namazı üçün insanların bir araya gəlməsi və kütləvi toplaşmaq indiki halda yolverilməzdir".

Bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə, bayram namazları fərdi qaydada evlərdə qılınacaq: "Yəni məscidlərdə camaatla bayram namazı qılınmayacaq. Məlumat üçün bildirim ki, Qədr gecələrinin bütün ayinləri onlayn icra olundu, amma namaz onlayn qılına bilməz. Çünki namaz fərdi qaydada yerinə yetirilməlidir. Amma həmin gün şəriət məsələlərini, bayramın fəlsəfəsini inasanlara çatdırmaq üçün onlayn çıxış ola bilər".
Din xadimi bildirib ki, bayram namazı səhər gün çıxandan günorta azanına qədər qılına bilər: "Amma bayram namazının qılınması üçün ən münasib, fəzilətli vaxt günün təzə çıxdığı andır. Yəni saat 08:00-da və ya 09:00-da qılına bilər".
Qeyd edək ki, QMİ-nin fətvasına əsasən, Ramazan bayramı Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR