Son Xəbər: Ramil Həsən mandatının ləğvi üçün MSK-ya müraciət edib - RƏSMİ, Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilir, Rusiyanın Kiyevə gecə saatlarında endirdiyi zərbələr nəticəsində 12 nəfər yaralanıb, İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədəki "Millət" sarayına gəlib, Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq, İsrail yenidən Qəzza zolağına zərbə endirib, Nobelə Trampın namizədliyi irəli sürüldü, Hava yenidən dəyişəcək - Güclü küləklə bağlı xəbərdarlıq edildi, Bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib - Putin, Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb,

Cənnətdəki doğum günün mübarək Şəhidim!!!

Cənnətdəki doğum günün mübarək Şəhidim!!!

Tarix: 19-09-2025, 19:36

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025- cü ildə elan etdiyi Orta Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. 

“Şəhid anaları ilə iş” adlı layihənin icrası məqsədi ilə 29 iyul 2025-ci il tarixində Lənkaran rayonunda tədbir keçirildi. Tədbirdə 2020-ci ildə şəhid olmuş Zaur İsmayılzadınin 30 yaşı qeyd edilərək onun xatisədinə sərgi keçirildi, ehsan süfrəsi açıldı. “29 iyul 2025-ci il tarixində səhər saat 10-00 da Zaur İsmayılzadənin  məzarının və saat 12-00 da isə Lənkaran rayonu şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edildi.

Lənkaran Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Ramiq Baxşızadə tədbirimizdə iştirak edərək bizimlə barabər şəhidlərimizin ziyarətinə qatıldı.. Çıxışı zamanı layihəmizin icrasının Ləkaranda keçirildiyi üçün təşəkkürünü bildirdi.

 Ziyarət başa çatdıqdan sonra “Rahat” restoranında  həm tədbir təşkil edildi, həm də ehsan süfrəsi açıldı,
Doğum günü qeyd edilən Zaur İsmayılzadənin anası Sevil xanım Hüseynova eyni zamanda müharibə veteranıdır. Uzun illər vətənin işğaldan azad edilməsi uçun əzablara qatlanıb.

Çoxsaylı şəhidlərimizin doğum və anım günlərinin keçirilməsi, şəhid anaları ilə görüşlər, qazilərimizin, müharibə veteranlarımızın şəhid övladlarının kədərlərinin azaldılması, könüllərinin sevindirilməsi məqsədi ilə tədbirlər keçirilməsi, keçirilən hər bir tədbirin foto video materiallarının hazırlanaraq sosial şəbəkələrdə yayılması. Şəhid qadınlar haqda geniş təbliğat , tanıtım işlərinin aparılması bu layihəmizdə də davam etdirildi. Foto video çəkilişlər aparılaraq Sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edildi. Video çəkilişimizdə Bakı şəhərindən bizimlə bərabər gedən və Lənkaran rayonundan tədbirmizə qatılar şəhid anaları hər biri öz ürək sözlərini söyərək məmunluqlarını bildirilər. Layihəmiz adından tədbir iştirakçısı olan şəhid analarına və qazi qadınlarımıza qiymətli hədiyyə təqdim edildi.

Lənkaran rayonun Qarabağın azad edilməsi uğrunda canını qurban verən beş nəfər Milli Qəhramanı yüzlərlə şəhidi oğlu var. Mən Vətənimin cənubu ilə qürur duydum.

Layihənin icrasında yaxından iştirak edən birliyin Səbail rayon şöbəsinin sədri Şəhla xanım Hüseynova və birliyin üzvü Elnarə xanım Abbasovada bütün tədbirlərdə olduğu kimi Lənkaran rayonunda keçirilən tədbirmizdə də iştirak etdilər, köməkliklrini əsirgəmədilər.
Layihənin növbəti tədbiri işğaldan azad edilmiş ərazilərimizdə keçiriləcək..

Layihə rəhbəri, MVQSYİB-nin sədri Radə Abbas

Cənnətdəki doğum günün mübarək Şəhidim!!!






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR