Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycanda 149 uşaq övladlığa verilib

Azərbaycanda 149 uşaq övladlığa verilib

Tarix: 6-01-2026, 16:50

Keçən il ərzində Azərbaycanda valideyn himayəsindən məhrum olmuş 149 uşaq övladlığa verilib.

Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, həmin müddətdə 40 uşaq (2024-cü ildə 30) isə himayədar ailələrə yerləşdirilib.

Xatırladaq ki, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin və himayədar ailələrə yerləşdirilməsinin təşviqi məqsədilə işlər davam etdirilir. Həyata keçirilən tədbirlər müvafiq mexanizmlərin davamlı olaraq təkmilləşdirilməsinə, əhatə dairəsinin genişləndirilməsinə, həmçinin uşaqların institusional qayğıdan ailə əsaslı qayğıya keçidinin təmin edilməsinə, onların sağlam inkişafı və cəmiyyətə uğurlu inteqrasiyası üçün əlverişli şəraitin yaradılmasına xidmət edir.(Mənbə "Report")




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR