Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür

Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından 70 il ötür

Tarix: 14-02-2026, 10:04

Bu gün Azərbaycan Televiziyasının (AzTV) fəaliyyətə başlamasından 70 il ötür.

Bakı Televiziya Mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb.

Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verilib. 1956-cı ilin fevralına qədər isə Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb.

Fevralın 14-də "Göstərir Bakı!" kəlməsi ilə başlayan ilk efirdə Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Sonra "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə ikisaatlıq proqramla efirə çıxıb.

İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət ediliblər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış olmayıb. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərib. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alıblar. Seçim isə zəngin olmayıb: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilib, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyub.

1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başlayıb və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırılıb. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi isə 7 saatadək artırılıb. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR