Son Xəbər: Danışıqlarda İranı onlar təmsil edəcək, İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular, Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq, Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb, MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilir, Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb, MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək, Türkiyədə daha 14 tanınmış sima istintaqa cəlb olunub, Azərbaycan nefti 20 dollardan çox ucuzlaşıb, Vüsal Hüseynov BMT rəsmisi ilə Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlığı müzakirə edib,

Danışıqlarda İranı onlar təmsil edəcək

Danışıqlarda İranı onlar təmsil edəcək

Tarix: Bugün, 19:02

İran və ABŞ arasında Pakistanda keçirilməsi planlaşdırılan tarixi danışıqlarda Tehranı təmsil edəcək yüksək səviyyəli nümayəndə heyətinin tərkibi məlum olub.

İran tərəfindən danışıqlarda ölkənin ən nüfuzlu siyasi və hərbi simaları iştirak edəcək.

Nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Seyid Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Məhəmməd Baqer Zülqədr və xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi daxildir.

Kanalın məlumatına görə, xüsusilə Məhəmməd Baqer Zülqədrin heyətdə yer alması diqqət çəkir. Belə ki, o, İsrail-ABŞ-nin birgə əməliyyatı zamanı həlak olan Əli Laricanini əvəzləyərək bu vəzifəyə yeni təyin edilib və SEPAH-ın veteran komandirlərindən biri hesab olunur.

Qeyd edək ki, nümayəndə heyətlərinin aprelin 10-da İslamabada çatacağı, birbaşa danışıqların isə aprelin 11-də (Şənbə günü) başlaması gözlənilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR