Son Xəbər: İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki..., Metronun hərəkət qrafiki dəyişdirilir, Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub, Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik, Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib, Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq, Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb, QMİ Qurban bayramı ilə bağlı fətva verib, Xəzər dənizində zəlzələ olub, Qalibaf: Müharibə yenidən başlasa, nəticələri “daha sarsıdıcı və acı” olacaq,

Metronun hərəkət qrafiki dəyişdirilir

Metronun hərəkət qrafiki dəyişdirilir

Tarix: Bugün, 16:13

 Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar mayın 27-31-də Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Məlumata görə, zəruri ehtiyat tədbirlər nəzərə alınmaqla, qeyd edilən tarixlərdə “28 May-Əhmədli” və əksinə istiqamətdə interval 2 dəqiqə 30 saniyə, “Həzi Aslanov-Əhmədli” sahəsində 7 dəqiqə təşkil edəcək.

Bənövşəyi xətdə qatarların hərəkəti şənbə-bazar günlərinin qrafiki üzrə təşkil olunacaq. “Cəfər Cabbarlı-Xətai” sahəsində mövcud hərəkət cədvəli qüvvədə qalacaq.

“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti şənbə günü qrafiki ilə tənzimlənəcək.

Stansiyalarda ümumi nəzarət mexanizmləri artırılacaq, növbətçilik cədvəli əsasında işçi qüvvəsi ayrılacaq.

Ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR