Son Xəbər: Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq, Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq, Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir, Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb, Hindistan Rusiya diplomatını XİN-ə çağırıb, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk, Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir, Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib, Tramp: İranın hələ də raket və dron ehtiyatı var, DÇ-2026: Bürünc medal uğrunda İngiltərə–Fransa dueli,

Əlilliyi olan şəxslərə zəruri həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları təsdiq edilib

Əlilliyi olan şəxslərə zəruri həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları təsdiq edilib

Tarix: 4-06-2026, 10:25

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Bina və qurğuların layihələndirilməsində əlilliyi olan şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması qaydaları"nı təsdiqləyib.

Bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, qaydaların tələbləri yeni bina və qurğuların layihələndirilməsi, yenidən qurulması, mövcud olanların isə əsaslı təmiri və uyğunlaşdırılması, eləcə də ümumi istifadəli ərazilərin planlaşdırılması zamanı yerinə yetirilməlidir. Qaydalar ümumi istifadədə olan ərazilərin, bina və qurğuların funksional-planlaşdırma elementlərinə, onlar üçün ayrılmış torpaq sahələrinə, o cümlədən bina və qurğulara yaxınlaşma yollarına, girişlərə, daxili kommunikasiyalara, təxliyə yollarına, yaşayış və xidmətlərin göstərilməsi üçün otaqlara və iş yerlərinə şamil edilir. Qaydalar, həmçinin binaların, qurğuların, ümumi istifadədə olan ərazilərin və torpaq sahələrinin informasiya və mühəndis təchizatına da şamil edilir.

Bundan başqa, yaşayış məntəqələrində infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisində universal dizayn (layihələndirmə) əsasında əlilliyi olan şəxslərin bu obyektlərə maneəsiz müyəssər olması təmin edilməlidir.

Layihə həlləri bina və qurğularda, onların torpaq sahələrində, eləcə də ictimai istifadədə olan ərazilərdə əlilliyi olan şəxslər üçün aşağıda qeyd olunanları təmin etməlidir:

- xidmət məntəqələrinə qədər məsafələr və hərəkət yollarının parametrləri nəzərə alınmaqla əlçatanlığı;

- hərəkət yollarının, o cümlədən təxliyə yollarının, məqsədli ziyarət və xidmət göstərmə yerlərinin, iş yerlərinin təhlükəsizliyi;

- təhlükəli yanğın amillərinin təsirinin qarşısını almaq üçün binadan, qurğudan və ya yanğından mühafizə zonasına vaxtında və maneəsiz təxliyə üçün şəraiti;

- xidmətlərin göstərilməsi və nəzərdə tutulmuş yerlərə getmək məqsədi ilə hərəkət üçün zəruri olan dolğun və keyfiyyətli məlumatın vaxtında alınmasına şəraiti.

Həmçinin bina və qurğularda əlilliyi olan şəxslər və hərəkət imkanları məhdud digər əhali qruplarının sərbəst və ya müşayiətçinin köməyi ilə təhlükəsiz hərəkəti, eləcə də fövqəladə hallarda təxliyə olunmaları üçün binanın bütün sahələrindən tam həcmdə istifadə etmək imkanları təmin edilməlidir.

Obyektlərin əlilliyi olan şəxslər üçün əlçatan olan layihə həlləri binada (qurğuda) olan digər əhali qruplarının imkanlarına xələl gətirməməli və həyat fəaliyyətlərini məhdudlaşdırmamalıdır.

Dövlət Komitəsinin Ümumi işlər və Hüquq şöbələrinə tapşırılıb ki, qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR