Son Xəbər: DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib, Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib, Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir, Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb, Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib, Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb, Fransanın ikiüzlü siyasəti - Başqasına azadlıq dərsi keçən Parisin kolonializm ambisiyaları - ŞƏRH, İranda 20 min nəfər susuz qalıb, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vahid buraxılış imtahanlarına start verilib, Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, ölənlər və yaralananlar var,

Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb

Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb

Tarix: Bugün, 15:53

Sosial şəbəkələrdə yaşın yoxlanılması bank kartı (vəsaitin müvəqqəti bloklanması yolu ilə), elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması əsasında həyata keçiriləcək.

Bunu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

Onun sözlərinə görə, bu məsələdə bəzi öhdəliklər həm də provayderlərin üzərində düşür:

"Yeniyetmə istifadəçilər üçün asılılıq yaradan "infinite scroll" (sonsuz sürüşdürmə) və videoların avtomatik səsləndirilməsi kimi manipulyativ dizaynların tətbiqi qadağan olunur. Həmçinin valideynlər uşaqların platformada keçirdiyi vaxtı və onlara göstərilən məzmun dairəsini idarə etmək üçün texniki imkanlar (aktiv nəzarət paneli) təqdim etməlidir".

O vurğulayıb ki, fərdi məlumatlar yalnız yaşın təsdiqi üçün istifadə edilməli və yaşın uyğunluğu təsdiq edilmədiyi halda dərhal silinməlidir:

"Bu məlumatlann kommersiya (reklam) məqsədilə istifadəsi və üçüncü tərəfə ötürülməsi qadağan olunur. Provayderlər zərərli məzmunu aşkar etdikdən sonra maksimum 24 saat ərzində silməli və bu prosesi 24/7 rejimində rəqəmsal həllərlə təmin etməlidirlər".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR