Son Xəbər: AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır, KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var, "Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib, Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub, Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib, Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü münasibətilə təbrik edib, Ursula Fon der Lyayenin Azərbaycana səfəri başa çatıb, İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında, Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir, AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib,

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

Tarix: Bugün, 13:10

Bakıda daha iki yol sahəsində təmir işləri icra edilir.

Bu barədə Azərbaycan Aztomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunur.

Belə ki, bu gün saat 10:00-dan iyulun 4-ü, saat 07:00-dək Xan Şuşinski küçəsi (Rəşid Behbudov küçəsindən Vaqif küçəsinədək) yol tam bağlanır.

Bu gün saat 10:00-dan sabah saat 22:00-dək Hüseyn Cavid prospekti (Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Lev Landau küçəsinədək) hərəkət qismən məhdudlaşdırılır. Sabah saat 22:00-dan iyulun 6-sı, saat 07:00-dək isə bu yol tam bağlanacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR