Son Xəbər: Xarkovda raket zərbəsi nəticəsində ölən azərbaycanlı tələbə Kürdəmirdə dəfn edilib, Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb, Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb, Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb, Suriya və Livan arasında razılaşma imzalanıb, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib, Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək, Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib, Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var, AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır,

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

Tarix: Bugün, 09:52

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,65 ABŞ dolları və ya 0,9 % azalaraq 71,81 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 68,17 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,66 ABŞ dolları və ya 0,94 % azalaraq 69,32 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR