Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Azərbaycanda koronavirusa yoluxan işçilərə görə xəstəxana bağlanıb? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxan işçilərə görə xəstəxana bağlanıb? - RƏSMİ AÇIQLAMA

Tarix: 2-06-2020, 15:59

Bərdə rayonunda yerləşən Regional Diaqnostika Mərkəzinin fəaliyyətini bir neçə günlük dayandırdığına dair məlumatlar yayılıb. 

Mediabiz.az  xəbər verir ki, iddialara görə, səhiyyə müəssisəsinin fəaliyyətini dayandırmasına orada çalışan üç tibb işçisinin koronavirusa yoluxması səbəb olub.
Onların Goranboy rayonunda koronaviruslu xəstələrə yardım göstərərkən yoluxduğu bildirilir.
Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəti Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, bu, tibb müəssisəsində kimlərinsə virusa yoluxması ilə bağlı olmur:
“Biz daha əvvəl də bildirmişdik ki, tibb müəssisələrinin fəaliyyətlərində bir neçə günlük məhdudiyyətlərin olması həmin müəssisələrdə aparılan dezinfeksiya tədbirləri ilə bağlı ola bilir.
Bu isə ölkə ərazisində koronavirusla mübarizə çərçivəsində aparılan tədbirlərə uyğundur. İstər paytaxt ərazisində, istərsə də regionlarda hər hansı tibb müəssisələrinin bağlanmasını sırf yoluxma halları ilə bağlamaq doğru deyil.
Bununla bağlı daha əvvəl də açıqlamalar verilib. Tibb müəssisələrinin dezinfeksiya tədbirləri ilə bağlı bir neçə günlük bağlanması kimi məqamlar ola bilər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR