Son Xəbər: Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq, "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB, Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək, Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ, Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək, Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib, İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib, İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb,

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

Tarix: 10-08-2026, 16:53

Bolqarıstanın xarici işlər naziri Velislava Petrova pilotsuz uçuş aparatının (PUA) Bolqarıstanın hava məkanına daxil olması ilə əlaqədar Ukraynanın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə (XİN) dəvət edib.

Bu barədə Bolqarıstan XİN-in məlumatında deyilir.

"İlkin təhlil göstərir ki, bu, böyük ehtimalla Ukrayna silahlı qüvvələrinin istifadə etdiyi "Mayya" yayındırıcı pilotsuz uçuş aparatıdır. Söhbət zamanı nazir Petrova Bolqarıstan tərəfinin ciddi narahatlığını ifadə edib və vurğulayıb ki, Bolqarıstanın hava məkanına hər hansı icazəsiz daxil olma yolverilməzdir", - məlumatda bildirilir.

Bolqarıstan tərəfi Ukraynaya müraciət edərək hadisənin baş vermə hallarının tam aydınlaşdırılmasına kömək edə biləcək bütün mövcud məlumatları təqdim etməyi xahiş edib. V.Petrova bildirib ki, gələcəkdə bu cür halların qarşısını almaq üçün lazımi tədbirlərin görülməsi Bolqarıstan üçün son dərəcə vacibdir. İki ölkənin səlahiyyətli orqanları arasında birbaşa və səmərəli rabitə kanallarının zəruriliyi vurğulanıb.

"Pilotsuz uçuş aparatının ölkə ərazisinə daxil olması ilə əlaqədar Bolqarıstan Rumıniya tərəfi ilə də əlaqə saxlayır. V.Petrova həmçinin Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərini insident və Bolqarıstanın gördüyü tədbirlər barədə məlumatlandırıb. Çərşənbə günü NATO müttəfiqləri arasında da bu məsələ ilə bağlı məlumat mübadiləsi gözlənilir", - Bolqarıstan XİN-dən qeyd edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR