Son Xəbər: Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq, Azərbaycan neftinin qiyməti 133 dolları keçib, Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq, Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır,

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

Tarix: 11-08-2026, 16:17

 
2025-ci il ərzində Azərbaycanda vergi hüquqpozmaları ilə bağlı 2 131 cinayət işi icraatda olub.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bu göstərici 2024-cü illə müqayisədə 53,9% artıb.

Hesabat dövründə başa çatmış cinayət işləri üzrə vurulmuş ziyan 202,7 milyon manat təşkil edib. Həmin cinayət işləri üzrə dövlət büdcəsinə 156 milyon manat ödənilib.

İcraatda olmuş 2 131 cinayət işinin 1 007-si (47,3%) icraatı təzələnmiş, 980-i (46%) başlanmış, 75-i (3,5%) əvvəlki ildən icraatda qalmış, 39-u (1,8%) başqa işlərdən ayrılmış, 20-si (0,9%) qaytarılmış, 10-u (0,5%) isə digər hüquq-mühafizə orqanlarından daxil olmuş işlərdir.

İl ərzində 7 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Ötən il Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən vergi hüquqpozmaları ilə bağlı başlanılmış 980 cinayət işinin 867-si vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən yayınma, 74-ü aksiz markası ilə markalanmalı malların markasız və ya məcburi nişanlanmalı malların nişansız satılması, satış məqsədilə saxlanılması və ya nağd qaydada satılması, 20-si əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi, 19-u isə digər cinayətlərlə bağlı olub.

Bundan başqa, hesabat dövründə tərəfindən əmək müqaviləsinin yoxlanması ilə bağlı keçirilmiş nəzarət tədbirləri çərçivəsində 38 vergi ödəyicisi və 43 obyekt yoxlanılıb. Nəticədə, 196 nəfər fiziki şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi müəyyənləşdirilib və ümumilikdə 398 min manat maliyyə sanksiyası tətbiq edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR