Son Xəbər: Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib, Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb,

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Tarix: 8-09-2026, 13:10

 Azərbaycanda sentyabrın 9-da 28 dərəcə isti olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-19° isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR