Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Şeyxülislam: İslamdaxili dialoq olduqca aktual və zəruridir

Şeyxülislam: İslamdaxili dialoq olduqca aktual və zəruridir

Tarix: 14-09-2026, 16:05

Şeyxülislam: İslamdaxili dialoq olduqca aktual və zəruridir

Müasir dünyada terrorizm, separatçılıq, radikalizm kimi bəşər sivilizasiyasını təhdid edən amillərin, ksenofobiya, islamofobiya təzahürlərinin, dindən sui-istifadə hallarının artdığı dönəmdə dini-mənəvi sabitliyə və məzhəblərarası anlaşmaya xidmət edən, islamdaxili dialoq səciyyəli beynəlxalq tədbirlər olduqca aktual və zəruridir.

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yahya Bakuviyə həsr edilmiş Birinci Beynəlxalq elmi-praktiki konfransda deyib.

A.Paşazadə vurğulayıb ki, qardaşlıq, bəşəri həmrəylik diyarı Azərbaycan dünyada ən çox ehtiyac duyulan mötədil dəyərlər mərkəzi, aparıcı mənəvi-humanitar platforma kimi çıxış edir:

"Bu möhtəşəm tədbirin ərsəyə gəlməsində dəyərli səylərinə görə bütün həmtəşkilatçılara dərin təşəkkürümüzü ifadə edirik.

Müsəlman Şərqində, Türk dünyasında və Qafqaz bölgəsində sufi fəlsəfəsinin geniş yayıldığını nəzərə alsaq, geniş coğrafiya üçün önəm kəsb edən, Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunan və Azərbaycan xalqının qədim tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri ilə tanış olmaq fürsəti verən Birinci beynəlxalq konfransda fəaliyyətləriniz və elmi yaradıcılığınızda yeni nailiyyətlər arzulayıram".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR