Son Xəbər: Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib, Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb, Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib, UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq, Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib, İlham Əliyev Məsud Pezeşkiana zəng edib, FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib, KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH, Bu ilin 8 ayında əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib, Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb,

Bu ilin 8 ayında əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib

Bu ilin 8 ayında əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib

Tarix: Bugün, 11:24

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-avqust aylarında əlilliyi olan 9 min şəxsi 376 min reabilitasiya vasitəsi ilə təmin edib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, qeyd olunan reabilitasiya vasitələrindən 1599-u təkərli oturacaq (o cümlədən 27-si mühərrikli təkərli oturacaq), 1230-u aşağı və yuxarı ətraf protezi, 1896-sı əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 5385 cüt protez və ortopedik ayaqqabı, 1413 eşitmə aparatı, 152 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Reabilitasiya vasitələrini almaq üçün özlərinin və ya yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gəlmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təqdim olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR