Son Xəbər: Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb, Xəzər dənizində zəlzələ olub, Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir,

Qaydaları pozanlar necə müəyyən ediləcək? - Açıqlama

Qaydaları pozanlar necə müəyyən ediləcək? - Açıqlama

Tarix: 6-06-2020, 00:09

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu gecədən başlayacaq sərtləşdirilmiş karantin rejimi müddətində qayda pozanların necə müəyyən ediləcəyi ilə bağlı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə o, “Xəzər aktual”a danışıb:

“Karantin rejiminin sərtləşdirildiyi 4 şəhər 1 rayonda polis naryadları xidmət aparacaqlar. Tək Dövlət Yol Polisi deyil, Daxili İşlər orqanlarının əməkdaşlarından ibarət, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları da mütəmadi olaraq sutka ərzində xidmət aparacaqlar. Aydın məsələdir ki, qaydanı pozan şəxs aşkarlanarsa, qanunvericiləyə uyğun qaydada məsuliyyətə cəlb olunacaq.
Bundan başqa, DİN-in istifadəsində olan kifayət qədər xüsusi texnika və müşahidə kameraları var ki, onların vasitəsilə bu qaydaları pozan şəxslərin aşkarlanması mümkündür. Kimsə düşünməsin ki, mənim yaşadığım əraziyə polis naryadı gəlməyə bilər, mən məhəlləyə çıxa, öz avtomobilimlə qohum-tanışın evinə gedib-gələ bilərəm. Nəzərə almaq lazımdır ki, bu gün Bakı şəhərinin artıq 80%-i kamera və xüsusi texnika ilə təmin olunub və onların vasitəsilə istənilən qayda pozuntusunu aşkar etmək mümkündür”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR