Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Azərbaycanda daha bir kəndin nəzarətə götürülməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Azərbaycanda daha bir kəndin nəzarətə götürülməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Tarix: 8-06-2020, 23:57

Daxili İşlər Nazirliyi İsmayıllı rayonunun Quşencə kəndinin polis tərəfindən nəzarətə götürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, İsmayıllı rayonunun Quşencə kəndinə giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı polis postları qurulmayıb:
“Sadəcə koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərlə profilaktik söhbətlər aparılıb”.
“Vətəndaşlara sosial izolyasiya qaydalarına riayət etmələrinin vacibliyi haqqında bəhs olunub, həmçinin tibbi maskadan istifadənin zəruriliyi onların diqqətinə çatdırılıb”, - deyə DİN rəsmisi qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR