Son Xəbər: Əfqanıstandakı zəlzələdə kişilər qadınlara kömək etməyib, Robert Fitso: Slovakiya Ukraynada hərbçi yerləşdirməyəcək, Venesiya festivalında Azərbaycan filminin təqdimatı olub, “KamAZ”ın “Changan”ın üstünə aşdığı an - Foto, MİQ-in apellyasiya müsahibələrinin nəticələri açıqlanıb, DİN paytaxt və bölgələrdə xüsusi əməliyyatlar keçirib, saxlanılanlar var - VİDEO, Zelenski: Putin Kiyevə gələ bilər, mən Moskvaya gedə bilmərəm, Dünya bazarlarında neft 1,5 dollardan çox ucuzlaşıb, Daşkəsənin Alaxançallı kəndinə sel gəlib, bir sıra fəsadlar törədib, Ukrayna səfirliyi Azərbaycanda uşaqlara göstərilən yardıma görə təşəkkür edib,

Sərt karantin günlərində ev itlərini harada gəzdirməyə icazə veriləcək? – RƏSMİ AÇIQLAMA

Sərt karantin günlərində ev itlərini harada gəzdirməyə icazə veriləcək? – RƏSMİ AÇIQLAMA

Tarix: 10-06-2020, 11:41


Sərt karantin rejimi günlərində ev itlərinin küçəyə çıxarılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində verilən açıqlama sosial şəbəkədə istifadəçiləri tərəfindən geniş müzakirələrə səbəb olub və anlaşılmazlıq yaradıb.
Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Modern.az-a bildirib ki, bəli, itlərin küçəyə çıxmasına icazə verilib:
“Onsuz da adi günlərdə ev heyvanları ilə bağlı hansısa qadağa yoxdur. Amma sərt karantin günlərində yalnız itlərin küçəyə çıxarılmasına icazə var. Lakin vətəndaşlar bundan sui-istifadə etməməlidirlər. Yəni kimsə deməsin ki, quş və digər heyvanlarımı da küçəyə çıxarmağa gedirəm. Bir daha vətəndaşlarımızdan səbr, həmrəylik, birlik nümayiş etdirmələrini gözləyirəm”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-a açıqlamasında bildirib ki, itlərin parklarda və bulvarda gəzdirilməsinə icazə verilməyəcək:
“Bulvara gedə bilməyəcəklər. Evdə it saxlayan vətəndaş lazım olanda, iti küçəyə çıxarmaq ehtiyacı yarananda yalnız yaşadığı binanın həyətinə qısa müddət üçün çıxara bilər”.
Nazirlik rəsmisi qeyd edib ki, sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımı tədbirləri həyata keçiriəcəklər.
Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR