Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Böyük idman kompleksləri pandemiya ilə mübarizəyə ayrıla bilər - AÇIQLAMA

Böyük idman kompleksləri pandemiya ilə mübarizəyə ayrıla bilər - AÇIQLAMA

Tarix: 19-06-2020, 11:56


Ölkədə koronavirusa yoluxma halları stabil olaraq artdığı üçün modul tipli xəstəxanalar, eləcə də, digər dövlət xəstəxanaları pandemiya ilə mübarizəyə ayrılır. Belə davam edərsə, dünya ölkələrində tətbiq edilən praktikanı nümunə götürüb, Bakı İdman Sarayını da pandemiya üçün bağlamaq olar”.
Mediabiz.az xəbər verir ki, bunu İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, ölkədə vəziyyətin gedişatından asılı olaraq, ABŞ-ın, Türkiyənin, Çinin, Rusiyanın, İspaniya, İtaliya və Böyük Britaniyanın təcrübələrindən yararlana bilərik:
“Belə ki, həmin ölkələrdə geniş idman sarayları, mərkəzləri pandemiya ilə mübarizəyə ayrılıb. Bizdə də Bakı İdman Sarayı, eləcə də, digər geniş idman kompleksləri koronavirusla mübarizə xəstəxanalarına çevrilə bilər. Bu məsələ öncədən müzakirə edilə bilər. Həmin mərkəzlərin bəzilərinin yüngül, bəzilərinin isə daha ağır xəstələrin yerləşdirilməsi üçün ayrılması mümkündür”.
N.Seyidov vurğulayıb ki, bu istiqamətdə müzakirələr insanların digər xəstəliklərlə bağlı müraciətlərinin də tənzimlənməsinə kömək edə bilər:
“Bu, digər xəstəliklərlə bağlı müraciət edən şəxslərin daha rahat şəkildə qəbul olunmasını təmin etmək üçün əlverişli ola bilər. Eyni zamanda, artan xəstə sayını da nəzarətdə saxlaya bilərik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR