Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Rayonlara gedənlərin nəzərinə: Polis XƏBƏRDARLIQ ETDİ

Rayonlara gedənlərin nəzərinə: Polis XƏBƏRDARLIQ ETDİ

Tarix: 19-06-2020, 22:28

 
 
"Hazırda Bakı, Sumqayıt və Abşerondan rayon istiqamətinə gedən şəxslərin sayı artıb. Həmin şəxslərin diqqətinə çatdırırıq ki, Bakı, Sumqayıt Abşeron, Lənkəran və Gəncə şəhərlərinin giriş-çıxışına tədbiq edilən məhdudiyyət hələ də qüvvəsindədir”
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. O bildirib ki, sürücülər ayın 21-dən etibarən karantin rejiminin sərtləşməsini nəzərə alaraq rayon istiqamətinə getməsinlər:
"Onsuz da bu adamlar karantin postundan buraxılmayacaqlar. Rayon istiqamətinə gedən yalnız xüsusi ezamiyə sənədi olan şəxslər, DİN-nin 102-i xidmətindən yaxın qohumunun dəfn mərasimində iştirakı üçün icazə alan, müvafiq arayış əsasında dövrü müalicəyə göndərişi olan şəxslər postlardan buraxılacaq. İcazəsi olan şəxslərin yalnız özləri postlardan keçə bilər. Daha ailə üzvləri və qohumları buraxılmayacaq. Ümumumiyətlə icazəsi olmayan heç bir şəxs inzibati ərazilərdən nə o yana, nə də bu yana buraxılmayacaq. Bu səbəbdən həmin şəxslər yol gedib postlarda sıxlıq yaratmasınlar”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR