Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

190 manatı gözləyənlərə ŞAD XƏBƏR - VİDEO

190 manatı gözləyənlərə ŞAD XƏBƏR - VİDEO

Tarix: 6-07-2020, 09:48

Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və günəmuzd işləyən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə yaxın günlərdə başlanacaq.

Mediabiz.az xəbər verir ki, birdəfəlik ödəmə sərt karantin rejiminin tətbiq olunduğu 16 şəhər və rayon üzrə bank kartları vasitəsilə həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə açıqlamasında bu dəfə 190 manatlıq müavinətin 287 min nəfərə veriləcəyini bildirib:

"Daha 8 şəhər və rayonumuzda sərtləşdirilmiş karantin rejiminin tətbiqinə başlanılıb. Ümumilikdə 16 şəhər və rayonlarımızda işsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal məşğul şəxslərə 190 manat təmin ediləcək. Bu 16 rayon üzrə 287 min nəfərə ödəniş həyata keçiriləcək və bu məqsəd üçün 55 milyon manat vəsait ayrılıb”.

Qeyd edək ki, sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR