Son Xəbər: KİV: Türkiyə İsrailin zərbələrindən sonra Suriyada atəşkəsin təmin edilməsinə kömək edib, İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar, İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar, Laçında meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb olunub - BİRGƏ MƏLUMAT, Rus bölməsi üzrə I sinfə məktəb seçiminə başlanılıb, Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb, "Sabah" "Sele" ilə cavab matçına çıxacaq, Suriyada hökumət qüvvələri ilə yaraqlılar arasındakı toqquşmalarda 356 nəfər ölüb, Sabah Yevlaxın bir hissəsində qaz kəsiləcək, İsrail Müdafiə Qüvvələri Suriya sərhədində xaosa hazır olmadığını bildirib,

DİN: Müdafiə nazirinin adından yayılmış video-bəyanat "montajdır"

DİN: Müdafiə nazirinin adından yayılmış video-bəyanat "montajdır"

Tarix: 15-07-2020, 17:51

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Müdafiə naziri Zakir Həsənovun adından səfərbərliyə çağırışla bağlı yayılmış videonun "montaj" olduğunu bildirib.

15 iyul axşamından bəri on minlərcə izləyicisi olan səhifələr tərəfindən paylaşılmış videoda üzü görünməyən bir şəxsin polis avtomobilində oturaraq səsgücləndirici vasitəsilə danışığı eşidilir.

Avtomobilin ətrafına polis geyimində iki şəxs də daxil olmaqla, onlarca adamın toplaşdığı görünür.

Həmin şəxs deyir ki, "Məlumat yayıldı ki, Azərbaycanın müdafiə Naziri Zakir Həsənov bəyan edib ki, meydanlara yığılan gənclər sabah hər biri ayrı-ayrılıqda öz rayonları üzrə hərbi komissarlıqlara gedib, könüllü olaraq müraciət edə bilərlər" və onun bu sözləri alqışlarla müşayiət olunur.

Videonu paylaşan səhifələr bunu "gecənin şoku", "müdafiə nazirinin adından açıqlama" kimi təqdim ediblər.

Bir çox sosial media istifadəçisi videonun 15 iyul gecəsi paytaxt küçələrində Tovuz istiqamətində gedən döyüşlər fonunda Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən və minlərcə şəxsin iştirak etdiyi yürüş zamanı çəkildiyini güman edib.

Sosial media istifadəçləri bu videonun doğru olub-olmamasını da müzakirə ediblər.

Müdafiə Nazirliyi video ilə bağlı bildirib ki, "bu dəqiqə ön cəbhədəyik, videonu biz də görmüşük, amma bu məlumatları kimin yaymasından xəbərimiz yoxdur".

DİN-in sözçüsü Ehsan Zahidov BBC News Azərbaycancaya müsahibəsində videonu "montaj" adlandırıb.

Baş Dövlət Yol Polisinin sözçüsü Elşad Hacıyev "bir nəfərin polis maşınında oturub insanları səfərbərliyə çağırması ilə bağlı məsələdən məlumatlı olmadığını" deyib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb ki, hazırda ehtiyatda olan hərbi vəzifəlilərin ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilməsinə "bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur".

Xidmət "cəbhə bölgəsinə könüllü olaraq gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlərin" daxil olduğunu da deyib və buna görə vətəndaşlara təşəkkürünü bildirib.

Dörd gündür ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər başlayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR