Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Ermənilərin soydaşlarımıza qarşı təxribatı baş tutmadı - VİDEO

Ermənilərin soydaşlarımıza qarşı təxribatı baş tutmadı - VİDEO

Tarix: 27-07-2020, 23:40

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində kütləvi mitinq keçirəcəkləri ilə bağlı ABŞ-ın yerli mediasında və sosial şəbəkələrdə məlumatlar paylaşıb, həmvətənlərimizə qarşıdurmaya dəvət edərək, təxribat planı hazırlayan ermənilərin niyyəti puç olub.
Baku TV-nin məlumatına görə yüzlərlə erməni Nyu-Yorkun Manhetten əyalətinin mərkəzi küçələrindən olan “3th Avenue” prospektinə toplaşıblar. Onların bəzilərinin əllərində dəyənəklər də olub. Ərazidə uzun müddət hay-küy salmağa çalışan ermənilərə yerli ictimaiyyəti məhəl qoymayıb və eyni zamanda kütləvi aksiya heç bir yerli media orqanında yer almayıb.
Aksiyanın keçirildiyi əraziyə Nyu-York polisinin əməkdaşları cəlb olunub. Azərbaycanın Vaşinqtondakı Səfirliyinin çağırışına riayət edən soydaşlarımız aksiyanın keçirildiyi əraziyə getməyiblər. Mitinq üçün üç saatlıq icazəsi olan ermənilərin təxribat planları baş tutmadığından onlar bir saat sonra dağılışıblar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR