Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Azərbaycanda İİV-dən ölənlərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda İİV-dən ölənlərin sayı açıqlandı - RƏSMİ

Tarix: 4-08-2020, 11:33

Azərbaycan vətəndaşları arasında 2020-ci ilin altı ayı ərzində İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının 15,8 faizi, ümumilikdə isə 1992-ci ildən 01.07.2020-ci il tarixədək yoluxma hallarının 40,3 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib.
Mediabiz.Az-ın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu hesabat yayıb.
Ümumilikdə 1988-ci ildən İİV infeksiyası aşkar olunmuş 8408 nəfərdən (3260 kişi, 74 qadın) 3344 nəfəri inyeksion narkotik istifadəçisi olublar ki, onların da 2605 nəfəri (78,8 faiz) dispanser qeydiyyatına götürülüb.
Ümumiyyətlə, qeydiyyatda olanları 6096 nəfəri Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır.
1988-ci ildən etibarən İİV infeksiyasından ölmüş vətəndaşların ümumilikdə sayı 1093 nəfər olub.
Xüsusi olaraq qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin altı ayında aşkarlanmış 273 nəfər İİV-ə yoluxan Azərbaycan vətəndaşının 43 nəfəri inyeksion narkotik istifadəçisi olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR