Son Xəbər: Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib,

Bakıda qadın dəniz sahilinə buraxılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO

Bakıda qadın dəniz sahilinə buraxılmayıb? - RƏSMİ AÇIQLAMA + VİDEO

Tarix: 4-08-2020, 16:49


Sosial şəbəkə istifadəçilərindən biri dəniz sahilinə buraxılmadığını iddia edib və bununla bağlı görüntülər yayıb.
Vətəndaş iddia edib ki, maşınla sahilə daxil olmaq istəsə də, ərazidə olan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin işçiləri ona icazə verməyiblər.
Vətəndaş onu da iddia edib ki, dənizkənarı ərazi satıldığı üçün bağlanıb.
Məsələ barədə Oxu.Az-ın müxbiri Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayıb.
Qurumdan bildirildi ki, vətəndaş sahilə üzmək məqsədilə daxil olmağa cəhd edib:
“Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, vətəndaşların çimərlikdə üzməsinə icazə verilmir. Sadəcə, dəniz qırağında gəzintiyə çıxmaq olar. Ərazi üzmək üçün nəzərdə tutulan ərazi olub, avqustun 5-dək dənizə girmək icazəsi olmadığı üçün qadının ora getməsinə icazə verilməyib”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, avqustun 5-dən çimərlikdən istifadəyə icazə verilir. 
Torpağın satılması ilə bağlı məsələ barədə Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilmədi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR