Son Xəbər: Daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək, Sabah Sabunçu və Xətai rayonlarında qaz olmayacaq, Aktauda AZAL təyyarəsi qəzasının qurbanlarının xatirəsi anılıb, ANAMA Xocalıya köçən sakinlərə maarifləndirmə tədbiri keçib, TÜRKPA AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı başsağlığı verib, Arkadi Qukasyan Ermənistan vətəndaşlarının məhkəməsində son sözünü deyir, Azərbaycan idmançıları və idman mütəxəssisləri təltif edilib - SİYAHI, Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək, Tacikistan "Taliban"dan sərhəddə silahlı hücuma görə üzr istəməsini tələb edir - YENİLƏNİB, Qaradağda iki nəfərin öldüyü avtobus qəzası ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB,

İl ərzində 40 minədək işsiz şəxs sığorta ödənişinə cəlb edilə bilər

İl ərzində 40 minədək işsiz şəxs sığorta ödənişinə cəlb edilə bilər

Tarix: 5-08-2020, 11:22


“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə yeni layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda qüvvədə olan qanuna əsasən, işsizlikdən sığorta ödənişi işsiz kimi qeydiyyata alınmış, əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisarı ilə əlaqədar xitam verilmiş və azı üç il sığorta stajına malik olan şəxslərə təyin edilir. Yeni qanun layihəsində həmin şəxslər üçün sığorta stajının üç ildən bir ilədək azaldılması təklif edilir.

Habelə, layihədə mühüm məqamlardan biri kimi, müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişi verilməsi təklif olunur. Həmin təklifə əsasən, bu zaman şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı üç il fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişinin minimum əmək haqqı qədər və üç ay müddətinə ödənilməsi nəzərdə tutulur.

Layihə qəbul ediləcəyi halda il ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq.

Son illərdə sosial təminat növləri üzrə ödənişlərin təyinatının elektronlaşdırılması təmin edilib. Yeni layihədə işsizlikdən sığorta ödənişinin də elektron təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu da işsiz şəxslərin hər hansı quruma müraciət etmədən onlara elektron qaydada işsizlikdən sığorta ödənişinin aparılmasına imkan verəcək.

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə” yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin son iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb və layihə komitədə səsə qoyularaq, parlamentin plenar iclasına tövsiyə edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR