Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Ermənistan xarici telekanalların yayımını məhdudlaşdırır

Ermənistan xarici telekanalların yayımını məhdudlaşdırır

Tarix: 5-08-2020, 18:11


Ermənistan Prezidenti Armen Sarkisyan Rusiya kanalları da daxil olmaqla, xarici televiziya kanallarının multipleks yayımlarını məhdudlaşdıran qanun imzalayıb.

“RİA Novosti” bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən verilən məlumata istinadla xəbər yayır.

Ermənistan parlamenti tərəfindən iyulun 16-da “Audiovizual media haqqında” qanun ikinci və son oxunuşda qəbul edilib. Onun müddəalarından biri xarici audiovizual proqramların yalnız dövlətlərarası razılaşma əsasında sənədsiz ictimai multipleks vasitəsilə yenidən izlənə biləcəyini nəzərdə tutur.

“Ermənistan prezidenti bu gün “Audiovizual media haqqında” qanunu imzalayıb”, - deyə məlumatda qeyd edilir. Qərar rəsmi dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minəcək.

Lisenziyalaşdırma şöbəsinin müdiri Lianna Dohikyan bildirib ki, xarici televiziya kanalları hazırda lisenziyalıdır və lisenziyalarının müddəti başa çatdıqda ən az 20 yanvar 2021-ci ilə qədər fəaliyyət göstərəcəklər:

“Əgər bundan əvvəl dövlətlərarası müqavilələr imzalanarsa, onda bu razılaşmalar əsasında fəaliyyətlərini davam etdirəcəklər”.

Ermənistanda hazırda Rusiyanın “Pervıy Kanal”, “RTR Planeta”, “Rossiya. Kultura” və dövlətlərarası televiziya kanalı “Mir” yayımlanır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR