Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Azərbaycan və İran arasında onlayn görüş keçirilib

Azərbaycan və İran arasında onlayn görüş keçirilib

Tarix: 27-08-2020, 11:07




Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovla İranın Kooperativlər, Əmək və Sosial Rifah nazirinin müavini Ahmad Meydarinin onlayn formatda görüşü olub.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfələr verdiyi vurğulanıb.

A.Kərimov ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial sahədə aparılan islahatlar, əldə olunan innovativ nailiyyətlər barədə məlumat verib. O, pandemiya dövründə Azərbaycanda reallaşdırılan geniş miqyaslı iqtisadi və sosial dəstək tədbirlərini qeyd edib.


Nazir müavini əmək bazarı ilə bağlı islahatları, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirildiyini diqqətə çatdırıb.

A.Meydari isə öz çıxışında ölkəsində əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan işlər, islahat tədbirlərindən bəhs edib.

Görüşdə Nazirliklər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq təcrübəsinin, təcrübə mübadilələrinin əhəmiyyəti vurğulanıb. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında  əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyi qeyd edilib, ikitərəfli əməkdaşlıq əlaqələrinə dair fikir mübadiləsi aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR