Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Aşura günü bizim üçün əzizdir, lakin... - Sosioloq

Aşura günü bizim üçün əzizdir, lakin... - Sosioloq

Tarix: 29-08-2020, 16:55

Məhərrəm ayı və Aşura günü bizim üçün əzizdir, lakin əhalinin sağlamlığını təhlükəyə atmamaq üçün müəyyən məhdudiyyətlərə ehtiyac var.
Bu sözləri Axar.az-a sosioloq Əhməd Qəşəmoğlu Aşura günündə insanların riayət etməli olduğu qaydalar haqda danışarkən deyib. O bildirib ki, şəriət qaydalarına görə, təhlükə yaradan hər şey haramdır:
“Yaşadığımız pandemiya dönəmində təhlükə yaradan davranış və hərəkətlərimiz haramdır. Bunu xalqa sadə dildə izah etmək lazımdır. Hər il Aşura günü insanların məscidlərdə çox sıx şəkildə toplandığını müşahidə edirdik. Hazırda pandemiya dönəmində Bakı şəhərində, eləcə də koronavirusun yayıldığı bölgələrimizdə belə məclislərin keçirilməsi məsləhət deyil. Bildiyimiz kimi, koronavirus infeksiyasını daşıyan şəxs kütləvi yerdə olarsa, ciddi fəsadları ola bilər, onlarla, hətta yüzlərlə insanın yoluxması riski yaranar. Ona görə də budəfəki Aşura günündə insanların kütləvi toplaşması məqsədəuyğun deyil”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR