Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Ramiz Mehdiyevi ittiham edənlərdən biri onun ƏLALTISI ÇIXDI... - Aydəm İsmayılov hər zaman belə davranıb...

Ramiz Mehdiyevi ittiham edənlərdən biri onun ƏLALTISI ÇIXDI... - Aydəm İsmayılov hər zaman belə davranıb...

Tarix: 2-09-2020, 15:30


Son günlər Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə, Prezident Adminstrasiyanın rəhəri vəzifəsində işlədiyi dövrdə iş adamları tərəfindən bahalı hədiyyələrin verilməsi ilə bağlı məlumatlar yayımlanır. Xeber.de -yə verilən məlumata görə, Prezident Adminstrasiyaının keçmiş rəhbərinə bahalı hədiyyə edənlərdən biri də, mətbuatda adı sabiq MTN naziri Eldar Mahmudovun adamı kimi çəkilən, iş adamı Aydəm İsmayılov olub.

Bildirilir ki, Eldar Mahmodov vəzifədən çıxarılandan sonra Aydəm İsmayılov Ramiz Mehdiyevin kürəkəni, deputat İlham Əliyevin vasitəsi ilə “boz kardinal”a çıxış tapıbmış. Məhz Ramiz Mehdiyev Aydəm İsmayılovu himayəsinə aldıqdan sonra Mahmudovçu iş adamı paytaxtın mərkəzində hündür mərtəbəli binalar tikməyə başlayıbmış. Ancaq 2017-ci ildə Aydəm İsmayılovun tikinti şirkəti “A-3 Sənaye Tikinti Korporasiyası” MMC Bakı şəhəri Yasamal rayon Mətbuat prospekti “Ovçular evi” ərazisində 54 ağacı qanunsuz kəsməsi ilə gündəmə gəlib.

Xatırladaq ki, paytaxtın mərkəzində həyata keçirilən həmin “yaşıl soyqırım”ı prezident İlham Əliyev öz nəzarətinə götürmüşdü. Aparılan araşdırmadan sonra yaşıllığı məhv etdiyinə görə, “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Aydəm İsmayılovun qardaşı Azər İsmayılov həbs edilmişdi.

Qeyd edək ki, həmin vaxt “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin direktoru Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova idi.

Məlumata görə, 2017-ci ildə “yaşıl soyqırım”a görə prezidentin haqlı qəzəbinə tuş gələn Aydəm İsmayılovun tikinti şirkətinə Ramiz Mehdiyev heç cür kömək edə bilməyib. Həmin hadisədən sonra A.İsmayılov tikinti sektörü ilə vidalaşmalı olub.

Mənbə bildirir ki, məlum hadisəyə qədər Aydəm İsmayılova himayəçiliyi kürəkəni vasitəsi ilə Ramiz Mehdiyev edirmiş. Məhz Aydəm İsmayılov “boz kardinal”ın xoşuna gəlmək üçün paytaxın tanınmış yerlərindən ona 8 otaqlı mənzil hədiyyə edib. Həmin mənzilin Yasamal rayonu “Tri Korono” deyilən ərazidəki binlardan birində yerləşdiyi qeyd edilir.

Bildirilir ki, 8 otaqlı mənzili Aydəm İsmayılov xüsusi zövqlə bəzətdirmiş və təmirdə istifadə olunan matreallara böyük xərc çəkib.

Adı çəkilən mənzilin Ramiz Mehdiyevin kürəkəni, həmin vaxt Milli Məclisin deputat olan İlham Əliyevin ailə üzvülərindən birinin adına keçirildiyi qeyd olunur.

Qeyd edək ki, ötən həftə fəlsəfə elmləri doktoru Aydəm İsmayılov mətbuatda Ramiz Mehdiyevə qarşı bir neçə sərt təniqidi məqalələrə çıxış edib.(Xeber.de)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR