Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Bakıda yeni doğulan körpənin oğurlanması iddiası barədə RƏSMİ AÇIQLAMA

Bakıda yeni doğulan körpənin oğurlanması iddiası barədə RƏSMİ AÇIQLAMA

Tarix: 7-09-2020, 18:52




Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxt sakini Aytən Namazovanın yeni doğulmuş əkiz uşaqlarından birinin “3 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsinin həkimləri tərəfindən oğurlanması barədə məlumatlar yayılıb.

Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, Aytən Namazovanın yeni doğulmuş əkiz uşaqlarının birinin qeyd edilən xəstəxananın həkimləri tərəfindən oğurlanması barədə müraciəti üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Aytən Namazovanın hamiləliyi dövründə ultrasəs müayinəsi üçün müraciət etdiyi Sabunçu rayonu 21 saylı şəhər poliklinikasının həkim-sonoqrafı Sevda Nəzərova və həkim sonoqraf Şərqiyyə İbrahimova tərəfindən müayinə vərəqələrində faktiki olaraq bir dölə aid göstəricilərin qeyd olunmasına baxmayaraq, sonuncuların müayinə vərəqələrinin tərtibatına məsuliyyətsiz yanaşmaları nəticəsində dölün sayı qrafasında mexaniki səhvə yol verilərək iki rəqəmi qeyd edilib.

Aparılmış araşdırma nəticəsində Aytən Namazovanın 7 noyabr 2019-cu il tarixdə müraciət etdiyi 3 saylı ŞKX-da ultrasəs müayinəsi zamanı altı həftəlik əkiz döllərə hamilə olması, lakin hamiləliyinin sonrakı dövrlərində döllərdən birinin inkişafdan qalması nəticəsində 31 iyul 2020-ci il tarixində yalnız bir uşaq dünyaya gətirməsi alınmış izahatlar, məhkəmə-tibbi ekspertinin rəyi və digər zəruri sənədlərlə sübuta yetirildiyindən, toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından 3 sentyabr 2020-ci il tarixində cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Sabunçu rayon prokurorluğu tərəfindən qeyd edilən həkimlərin intizam məsuliyyətinə cəlb olunmaları məsələsinə baxılması, bu kimi halların qarşısının alınması və gələcəkdə yol verilməməsi məqsədi ilə Bakı şəhər Baş Səhiyyə İdarəsinə təqdimat verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR