Son Xəbər: Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb, Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır, Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək, M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir, Bakıda oğurluq edən şəxslər saxlanılıblar, İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib, DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb, Xəzər dənizində zəlzələ olub, Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir,

Məhkəmə qərar verdi: Lider TV-nin taleyi… - MTRŞ

Məhkəmə qərar verdi: Lider TV-nin taleyi… - MTRŞ

Tarix: 10-09-2020, 15:30

Lider TV və Radio Azərbaycan MMC-nin müflis elan olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığından Lider TV-nin lisenziyası qüvvədədir və kanal fəaliyyətini davam etdirir.
Bu sözləri Kult.az-a açıqlamasında MTRŞ sədrinin köməkçisi Fazil Novruzov Lider TV-nin Apellyasiya Məhkəməsinin qərarından sonra hansı şəkildə fəaliyyət göstərməsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, Lider TV Milli Televiziya və Radio Şurasından aldığı lisenziya əsasında fəaliyyət göstərir:
“Lisenziyaya xitam verilməsə, kanal fəaliyyətini dayandıra bilməz. Məhkəmə prosesinin qanuni qüvvəyə minmiş hökmü olmadan Milli Televiziya və Radio Şurası Lider TV-nin fəaliyyəti ilə bağlı lisenziyaya xitam verilməsi məsələsinə baxmayacaq. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmalıdır. Belə bir qərar təqdim edilərsə, bundan sonra MTRŞ-da bu məsələ qaldırıla bilər”.
Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qərar çıxarıb.
Apellyasiya məhkəməsi isə qərarı qüvvədə saxlayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR