Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

“Özünüməşğulluğa dəstək layihəsi” üzrə müraciət qəbulu prosesi sadələşdirilib

“Özünüməşğulluğa dəstək layihəsi” üzrə müraciət qəbulu prosesi sadələşdirilib

Tarix: 17-09-2020, 17:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Azərbaycanın kommersiya bankları tərəfindən həyata keçirilən “Özünüməşğulluğa dəstək layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu prosesi daha da sadələşdirilib.

Nazirlikdən verilən məlumata görə, layihəyə cəlb edilmək istəyən işsiz aztəminatlı şəxslər, o cümlədən əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar və həssas qruplardan olan digər şəxslər Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “layihə müraciət formu”na  (https://forms.gle/bJ4uBBB8fNPFeYyc9) daxil olaraq qeydiyyatdan keçə bilərlər.

2020-ci il ərzində 1000 nəfər işsiz şəxs üçün bankların dəstəyi ilə kiçik bizneslərin yaradılması nəzərdə tutulub. Layihəyə qoşulmaq üçün e-sosial.az portalında “Məşğulluq” altsistemi vasitəsilə də müraciət etmək olar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR