Son Xəbər: Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib, Sabah 37 dərəcə isti olacaq, Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib, “Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab, Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?, Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər, Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, Bu gün Azərbaycanda Diplomatiya Günüdür, Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır, Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub,

Rayon sakini məktəblərdəki vəziyyəti tənqid etdiyi üçün saxlanılıb? - DİN-dən AÇIQLAMA

Rayon sakini məktəblərdəki vəziyyəti tənqid etdiyi üçün saxlanılıb? - DİN-dən AÇIQLAMA

Tarix: 23-09-2020, 17:18

Lənkəran rayon sakininin müsahibə verdiyi üçün polis bölməsinə çağırılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. 
İddia olunur ki, o, TV-lərdən birinə məktəblərdə bərbad vəziyyətlə bağlı tənqidi açıqlama verdiyi üçün polis idarəsində saxlanılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirib ki, bu iddia uydurmadır və heç bir əsası yoxdur:
“Lənkəran rayonunun Göyşaban kənd sakini Daşqın Əsədov yaşadığı evin həyətində qanunsuz ət kəsimi ilə məşğul olması və bu zaman sanitariya qaydalarının kəskin şəkildə pozulması ilə bağlı Daxili işlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə müraciət daxil olub. Müraciətlə bağlı polis əməkdaşları həmin ünvanda olub və fakt təsdiqini tapıb. Amma D.Əsədov səs-küy salıb, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb”.
“O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati xəta törətdiyi üçün onun barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib”, - deyə məlumatda qeyd edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR