Son Xəbər: Fuad Nağıyev: "Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın turizm xəritəsinin bir hissəsi olacaq", Sabah 23 dərəcə isti olacaq, Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb, Sahibə Qafarovaya Gürcüstan Parlamentinin Fəxri medalı təqdim edilib, Əhalinin orta aylıq xərcləri 662 manata yüksəlib, Naxçıvan iqtisadiyyat nazirinə yeni müavin təyin edilib, Cəbrayılda növbəti əmək yarmarkası keçiriləcək, Prezident deputatı “Şöhrət” ordeni ilə təltif etdi, Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib, İlham Əliyev Türkiyəyə işgüzar səfər edib,

Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK

Türkiyə KİV-dən Ordumuza tam DƏSTƏK

Tarix: 9-10-2020, 09:15


Türkiyənin nüfuzlu kütləvi informasiya vasitələri Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış hərbi gərginliklə bağlı Azərbaycana qardaşlıq dəstəyini davam etdirir.

Qardaş ölkə KİV-ləri cəbhədəki vəziyyətlə bağlı həqiqətləri ən yeni xəbərlərlə dünya ictimaiyyətinə çatdırır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiyalar operativ qaydada təqdim olunur. O cümlədən, düşmən ordusunun biabırçı məğlubiyyəti, Paşinyan hökumətinin rəzil vəziyyətinə geniş yer verilir. Oktyabrın 8-də qardaş ölkə mediası Prezident İlham Əliyevin mesajları əsasında təhlillər aparıb, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyənin ali rəhbər şəxslərinin Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqelərini bir daha geniş formatda yayıblar. Məlumatlarda, o cümlədən Türkiyə ictimaiyyətinin Azərbaycana göstərdiyi həmrəyliyə, xalqımızın namərd düşmən hücumlarına qarşı qətiyyətli dayanışına da diqqətlə yanaşılır.

Məlumatlarla Anadolu, İHA, DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Büngü TV, CNN türk telekanallarının, habelə “Akşam”, “Təqvim”, “Sözçü”, “Yeni çağ” və s. nüfuzlu qəzetlərin saytlarında tanış olmaq mümkündür.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR