Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

“Erməni terroruna dayan!” deyən Elanur

“Erməni terroruna dayan!” deyən Elanur

Tarix: 15-10-2020, 11:13


Ötən gündən etibarən sosial şəbəkələrdə üzərində #stoparmenianaggression (erməni aqressiyasına son) həştəqi yazılan balaca qızcığazın fotosu yayılıb. 

Kampaniya məqsədilə hazırlanmış "cover”in dünən, 16:00-dan etibarən 72 saat müddətinə bütün sosial şəbəkələrdə profil şəkli kimi istifadəsi təklif olunub. 

Məqsəd Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalmasına və Gəncəyə edilən terror hücumlarına dünya ictimaiyyətinin diqqətini cəlb etməkdir. 

Kampaniyanın gedişində azyaşlının kimliyi də müzakirə mövzusuna çevirilib, onun Azərbaycan vətəndaşı olmadığı iddia olunub. 

"Nargis” nəşriyyat evinin təsisçisi Ülviyyə Mahmudovanın instaqramdakı paylaşımından sonra məlum olub ki, həmin qız azərbaycanlıdır və kampaniyanın siması seçilən balacanın adı Elanurdur. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR