Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Bakıda yeni avtobus zolaqları çəkilir - RƏSMİ

Bakıda yeni avtobus zolaqları çəkilir - RƏSMİ

Tarix: 1-12-2020, 11:57

Bakıda bəzi küçə və prospektlərdə avtobuslar üçün ayrıca zolaq çəkilir.

Bunu Real TV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, artıq daha 10 küçə və prospektdə avtobusların xüsusi hərəkət zolaqlarının təşkilinə icazə verib:

“Gəncə, Qara Qarayev, Atatürk prospektləri, Mikayıl Hüseynov, Məhəmməd Hadi, Abbas Mirzə Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli və Müzəffər Rəhimov küçələrində yeni zolaqlar çəkilir. Əsas məqsəd günün səhər və axşam pik saatlarında müşahidə olunan sərnişinlərin daha az sıxlıqda qalmasıdır”.

“Mikayıl Hüseynov küçəsində artıq zolaq təşkil olunub. Qarşıdakı günlərdə ərazidə xüsusi nişanlar da vurulacaq və sürücülər buna əməl etməlidirlər. Zolaqlar olandan sonra da təcili tibbi yardım maşınları həmin yoldan keçə biləcək”, - deyə qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR