Son Xəbər: Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib,

“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi müzakirə olundu - FOTO

“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi müzakirə olundu - FOTO

Tarix: 22-12-2020, 22:29

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

İclasda Əmək və əhalinin sosial müdafiəsi naziri, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə sosial sahədə aparılan geniş miqyaslı  islahatların əsas hədəfi vətəndaş rifahının təminatı, əmək, məşğulluq, sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Aparılan islahatlarla bağlı olaraq normativ hüquqi baza daim təkmilləşdirilir.

S.Babayev bildirib ki, ümumilikdə əmək və sosial sahədə islahat tədbirləri, əmək bazarı proqramları, əmək, məşğulluq, sosial müdafiə sahələrində hazırlanan yeni qanunvericilik layihələri mütəmadi olaraq Üçtərəfli Komissiyanın iclaslarında müzakirə edilir, sosial dialoq müstəvisində sosial tərəfdaşların rəy və təklifləri öyrənilir.

Nazir qeyd edib ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə fəal, səmərəli əməkdaşlıq təcrübəsinə malikdir. Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatların beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin növbəti təzahürü kimi, son illərdə Azərbaycan  BƏT-in Rəhbər Orqanına üzv də seçilib.

Ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulan ölkəmizdə əmək qanunvericiliyi həmin konvensiyalara uyğun şəkildə təkmilləşdirilib. Hazırkı iclasın gündəliyində də BƏT-in daha bir Konvensiyasının ratifikasiyası imkanlarının müzakirə edilməsi var.

Bir çox layihələrin daha təkmil şəkildə hazırlanmasında ötən dövrdə Komissiyada aparılmış müzakirələrin önəmini qeyd edən S.Babayev hazırkı iclasda bir sıra yeni qanunvericilik layihələrinin sosial tərəfdaşlarla birgə müzakirəsinin nəzərdə tutulduğunu bildirib.

Komissiya “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliAk edilməsi barədə Qanun layihəsini müzakirə edib. Həmçinin dövlət qulluğunda rotasiyanın tətbiqi mexanizmləri və s. barədə layihələr, BƏT-in “Sahibkarların ödəmə qabiliyyəti olmadığı halda zəhmətkeşlərin tələblərinin müdafiəsi haqqında” 173 nömrəli Konvensiyasının ratifikasiyası imkanları müzakirə edilib.
“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi müzakirə olundu - FOTO




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR