Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

İctimai nəqliyyatda və taksilərdə gediş haqqının qaldırılması ilə bağlı VACİB AÇIQLAMA

İctimai nəqliyyatda və taksilərdə gediş haqqının qaldırılması ilə bağlı VACİB AÇIQLAMA

Tarix: 5-01-2021, 10:02

Xəbər verdiyimiz kimi Tarif Şurasının qərarı ilə Aİ-92 növ benzinin və dizelin qiyməti qaldırıldı. Belə ki, Aİ-92 növ benzinin qiyməti 10 qəpik qaldırılaraq 1 manat, dizel isə 80 qəpik oldu. Bu gün hər kəsi maraqlandıran sual ictimai nəqliyyatda və taksilərdə gediş haqqı qaldırılacaqmı?
Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Azər Badamov bildirib ki, Tarif Şurasının Aİ-92 benzinin və dizel yanacağının qiymətinin artırması ictimai nəqliyyatda gediş haqlarını artıracağını düşnmürəm:
"Çünki, ictimai nəqliyyatda gediş haqlarının artırılması pərakəndə şəkildə baş vermir. Bu məsələni Tarif Şurası nəzarətdə saxlayır. Yəni, ictimai nəqliyyatda gediş haqları ancaq Tarif Şurası tərəfindən artırıla bilər. Hələ ki, belə bir qərar müzakirə olunmadığından ictimai nəqliyyatda gediş haqlarının artmasından danışmaq olmaz.
Deputat qeyd edib ki, taksi xidmətlərində gediş haqlarının artması isə özəl məsələdir:
"Taksi xidmətləri özləri gediş haqqını müəyyənləşdirirlər. Düşnürəm, burada da ciddi artım müşahidə olunmayacaq. Çünki, taksi xidmətində güclü rəqabət var və bu xidməti göstərənlər daha ucuz xidmət tətbiq etməklə bazarda öz şirkətlərin cəlbediciliyini artırmaq istəyirlər. Hətta Bakı şəhərində elə taksi xidmətləri fəaliyyət göstərir ki, bu şirkətlərin xidmətlərindən istifadə etmək şəxsi avtomobili sürməkdən daha sərfəli edir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR